EN

İslamiada: Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar  

Azərbaycanın daha bir boksçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən Sərxan Əliyev 1/4 finalda Özbəkistan təmsilçisi Samandar Xabibullayevə tam üstünlüklə qalib gəlib. Yarımfinala yüksələn idmançımız özü üçün bürünc medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Səidcəmşid Cəfərov (80 kiloqram) yarımfinala vəsiqə əldə ediblər. Bununla da Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar.

 

6Sources