AZ

Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar - FOTOLAR

Azərbaycanın daha bir boksçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən Sərxan Əliyev 1/4 finalda Özbəkistan təmsilçisi Samandar Xabibullayevə tam üstünlüklə qalib gəlib. Yarımfinala yüksələn idmançımız özü üçün bürünc medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Səidcəmşid Cəfərov (80 kiloqram) yarımfinala vəsiqə əldə ediblər. Bununla da Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar.

17:48

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov (80 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, idmançımız 1/4 finalda əlcəzairli Mustafa Abduya 5:0 hesabı ilə qalib gəlib.

S.Cəfərov yarımfinala vəsiqə qazanmaqla özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, bu gün, həmçinin Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) də rinqə çıxacaqlar.

"Cebheinfo.az" 

Seçilən
7
4
cebheinfo.az

6Mənbələr