EN

Avropanın yeni sanksiya paketi Lukaşenkonu hədəfə ala bilər

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ-ın Belarus hökumətinə qarşı sanksiyaları yumşaltması və münasibətlərin qismən istiləşməsi fonunda Avropa İttifaqı əks istiqamətdə addım ataraq Minskə qarşı tədbirləri sərtləşdirməyə hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "DW" xəbər yayıb.

Məlumata görə, Aİ Rusiyaya qarşı artıq sayca 20-ci sanksiya paketini hazırlayır. Cümə günü bu məsələ Litvanın maliyyə naziri Kristupas Vaytekunas ilə Avropa Komissiyasının maliyyə xidmətləri üzrə komissarı Mariya Luiş Albuqerke arasında müzakirə olunub.

Litvalı siyasətçinin sözlərinə görə, Avropa təkcə Kremlə deyil, həm də onun Belarusdakı müttəfiqinə təzyiqi artırmalıdır. Xüsusilə Lukaşenko rejiminin qonşu ölkələrə qarşı həyata keçirdiyi "müntəzəm hibrid hücumlar" fonunda bu addım vacib sayılır.

Vaytekunas hesab edir ki, Avropa İttifaqı Belarusiyaya tətbiq olunan sanksiyaları Rusiyaya qarşı olanlarla eyni səviyyəyə gətirməlidir. Öz növbəsində komissar Albuqerke bildirib ki, yeni məhdudiyyətlərin hazırlanması hələ ilkin mərhələdədir.

"Biz üçüncü ölkələrlə işləyirik, çünki onların arasında sanksiyalardan yayınmağa yardım edənlər var", deyə o əlavə edib.

Qeyd edək ki, Donald Tramp administrasiyası ilə Alesandr Lukaşenko hökuməti arasında son vaxtlar qarşılıqlı komplimentlər və hədiyyələrlə müşayiət olunan isti münasibətlər yaranıb. ABŞ Dövlət Departamenti Belarusa qarşı bəzi sanksiyaları, xüsusilə Ukraynadakı müharibə ilə əlaqəsi olmayanları ləğv edib. Onların arasında 2021-ci ildə müxalifətçi Roman Protaseviçin təyyarədən endirilərək saxlanılması insidenti ilə bağlı "Belavia" aviaşirkətinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılması da var.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
qaynarinfo.az

1Sources