EN

Azərbaycan hazırda Qəzzaya qoşun göndərməyi planlaşdırmır -

Azərbaycan Qəzza sektoruna sülhməramlı qüvvələr göndərməyi hazırda planlaşdırmır.Metbuat.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi hökumətdəki mənbəyə istinadla yayıb. Mənbənin sözlərinə görə, Azərbaycan yalnız hərbi əməliyyatlar tam dayandırıldıqdan sonra belə bir məsələyə baxa bilər. “Biz əsgərlərimizi təhlükəyə atmaq istəmirik. Bu, yalnız döyüşlər tam dayandıqdan sonra mümkün ola bilər”, – deyə mənbə bildirib.

Məlumatda bildirilir ki, ABŞ prezidenti Donald Trampın Qəzzada sülh planı çərçivəsində Vaşinqton Azərbaycan, Misir, Qətər, Türkiyə, İndoneziya və BƏƏ ilə təxminən 20 min nəfərlik Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yaradılması barədə danışıqlar aparır.

Chosen
52
2
metbuat.az

3Sources