EN

Misli Premyer Liqası: "Zəfər turu"na derbi ilə yekun vurulur

Misli Premyer Liqasında XI turun - "Zəfər turu"nun son oyun günündə iki matç keçiriləcək.
 
Moderator.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşmasında "Kəpəz" "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 15:44-də start götürəcək.
 
Turun son oyununda isə Azərbaycan derbisi baş tutacaq. "Qarabağ" klubu "Neftçi" komandası ilə üz-üzə gələcək. Bu matç saat 18:44-də başlayacaq.
 
Misli Premyer Liqası
 
XI tur
 
9 noyabr
 
15:44. "Kəpəz" - "Sabah"
 
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.
 
VAR: Kamal Umudlu.
 
AVAR: Müslüm Əliyev.
 
Hakim-inspektor: Anar Salmanov.
 
AFFA nümayəndəsi: Elçin Məmmədov.
 
Qəbələ şəhər stadionu.
 
18:44. "Qarabağ" - "Neftçi"
 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
 
VAR: Fərid Hacıyev.
 
AVAR: Rəhman İmami.
 
Hakim-inspektor: Babək Quliyev.
 
AFFA nümayəndəsi: Erkin Hüseynov.
 
"Azersun Arena".
Chosen
58
3
moderator.az

6Sources