AZ

Misli Premyer Liqası: "Zəfər turu"na derbi ilə yekun vurulur

Misli Premyer Liqasında XI turun - "Zəfər turu"nun son oyun günündə iki matç keçiriləcək.

Milli.Az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşmasında "Kəpəz" "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 15:44-də start götürəcək.

Turun son oyununda isə Azərbaycan derbisi baş tutacaq. "Qarabağ" klubu "Neftçi" komandası ilə üz-üzə gələcək. Bu matç saat 18:44-də başlayacaq.

Misli Premyer Liqası

XI tur

9 noyabr

15:44. "Kəpəz" - "Sabah"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Qəbələ şəhər stadionu.

18:44. "Qarabağ" - "Neftçi"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.

VAR: Fərid Hacıyev.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"Azersun Arena".

Milli.Az

Seçilən
6
3
milli.az

7Mənbələr