EN

Alimlər xərçəngin ən ölümcül növlərindən birinə səbəb olan vərdişi açıqlayıb

Mayamidən olan alimlərin apardığı yeni araşdırma müntəzəm spirtli içki qəbulunun mədəaltı vəzi xərçənginin yaranma riskini artırdığını göstərib.

Milli.Az xəbər verir ki, Britaniyanın "Daily Mail" nəşrində dərc olunan məlumata əsasən, mədəaltı vəzi xərçəngi sağ qalma faizi ən aşağı olan xərçəng növlərindən biridir.

Tədqiqatçılar qeyd ediblər ki, həddən artıq alkoqol istifadəsi mədəaltı vəzinin hüceyrələrinə zərər verir, iltihabi prosesləri gücləndirir və nəticədə xərçəng öncəsi dəyişikliklərin yaranmasına səbəb olur. Alimlərin fikrincə, qadınlarda həftəlik 8, kişilərdə isə 15 və ya daha çox içki artıq təhlükəli hədd hesab edilir.

Bundan əlavə, mütəxəssislər vurğulayırlar ki, xəstəliyin inkişafında hüceyrə böyüməsini tənzimləyən Ras adlı genin mutasiyaya uğraması da mühüm rol oynayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
3
olaylar.az

4Sources