EN

Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub – FOTO

AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyə Prezidenti və Pakistanın Baş naziri Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə dövlətimizin başçısını bir daha təbrik edib, Bakıda keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Söhbət zamanı Azərbaycanın, Türkiyənin və Pakistanın daim bir-birinin yanında olduqları qeyd edilib, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdiyi bildirilib.

Liderlər Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

DOĞRU.AZ

image-17626112483444225766_1200x630

Chosen
30
47
dogru.az

10Sources