EN

Ronaldo qollarının sayını 953-ə çatdırdı

Səudiyyə Ərəbistanı çempionatında 8-ci turun oyunları keçirilir. 

"Yeni Sabah" xəbər verir ki, səfərdə “Neom SC” ilə qarşılaşan “Əl-Nəsr” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Ardıcıl 8-ci qələbəsini qazanan komanda çempionatın vahid lideridir. 

“Əl-Nəsr”in ikinci qolunu penaltidən 65-ci dəqiqədə Kriştianu Ronaldo vurub. Bununla da portuqaliyalı ulduz karyerasında vurduğu qolların sayını 953-ə çatdırıb. 


Telegram kanalımız
Chosen
6
2
yenisabah.az

3Sources