Səudiyyə Ərəbistanı çempionatında 8-ci turun oyunları keçirilir.
"Yeni Sabah" xəbər verir ki, səfərdə “Neom SC” ilə qarşılaşan “Əl-Nəsr” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Ardıcıl 8-ci qələbəsini qazanan komanda çempionatın vahid lideridir.
“Əl-Nəsr”in ikinci qolunu penaltidən 65-ci dəqiqədə Kriştianu Ronaldo vurub. Bununla da portuqaliyalı ulduz karyerasında vurduğu qolların sayını 953-ə çatdırıb.
Telegram kanalımız