EN

Qəzza tam bərpa olunmalıdır – Yaxın Şərq müttəfiqlərindən ABŞ-a etiraz

Ərəb ölkələri ABŞ-ın Qəzza zolağının seçilmiş ərazilərinin yenidən qurulması təklifini dəstəkləmir.

Musavat.com xəbər verir ki, məlumatı Financial Times (FT) mənbələrə istinadən yayıb. Belə ki, ABŞ yalnız İsrailin nəzarətində olan ərazilərin yenidən qurulmasını təklif edir. Qəzet ərəb diplomatlarından birinin sözlərinə istinadən bildirib ki, "əgər Vaşinqton bu məsələdə İsrailin mövqeyini dəstəkləməyə davam edərsə, fələstinlilər, misirlilər və bir çoxları, qətərlilər, türklər və ABŞ-la İsrail arasında toqquşma baş verəcək ".

Qeyd olunur ki, ərəb ölkələri Qəzza zolağının qismən yenidən qurulması üçün vəsait ayırmaq niyyətində deyil və İsrail ordusunun nəzarətində olan ərazilərə humanitar yardım göstərməyə diqqət yetirə bilərlər. "Sanki biz fələstinlilər üçün deyil, İsrail üçün tikinti aparırıq", - deyə başqa bir ərəb diplomatı FT-yə bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın kürəkəni, Qəzza sülh danışıqlarında ABŞ administrasiyasının nümayəndələrindən biri olan Cared Kuşner bildirib ki, proses iştirakçıları Fələstin anklavının yenidən qurulması üçün vəsaitin HƏMAS hərəkatı tərəfindən nəzarət edilən ərazilərə yönəldilməyəcəyini gözləyirlər. 

Musavat.com

Chosen
6
4
musavat.com

5Sources