EN

Prezident İlham Əliyevin qətiyyətli siyasətinin qələbə simvolu ​Xankəndidən Şuşayadək – üçrəngli bayrağımızın zəfər yolu

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü hər il 9 noyabrtarixində qeyd olunur. Bu gün Azərbaycan xalqı üçün dövlətçiliyin,müstəqilliyin, milli kimliyin və birliyin rəmzidir. Bayraq – hərbir xalqın azadlıq və suverenlik simvolu olmaqla, onun tarixini,mədəniyyətini və ideallarını özündə əks etdirir.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə1918-ci il noyabrın 9-da hökumətin qərarı ilə AzərbaycanRespublikasının üçrəngli milli bayrağı qəbul edildi.

"Sovet hakimiyyəti illərində üçrəngli bayraq qadağan olunsa da,xalqın qəlbində yaşamağa davam etdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının AliMəclisinin qərarı ilə üçrəngli bayraq Naxçıvanın dövlət bayrağıkimi qəbul edildi. Daha sonra, 1991-ci il fevralın 5-də AzərbaycanRespublikasının Ali Soveti tərəfindən üçrəngli bayraq AzərbaycanRespublikasının Dövlət Bayrağı kimi təsdiqləndi."

Politoloq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 Noyabr– Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başlandı.

"Azərbaycanın üçrəngli bayrağı bu gün yalnız bir dövlət atributudeyil, həm də xalqın qəhrəmanlıq salnaməsinin, milli qürurunun vəazadlıq ideallarının təcəssümüdür. Bu bayraq indi artıq azadedilmiş ərazilərimizdə qürurla dalğalanır. Bu hadisə Prezidentİlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasətinin parlaqnəticəsidir. Azərbaycan xalqının son onilliklərdə qazandığı ənböyük nailiyyətlərdən biri torpaqlarımızın azad edilməsi və ərazibütövlüyümüzün tam bərpasıdır."

A. Qarayev qeyd edib ki, uzun illər ərzində Azərbaycan xalqıQarabağda üçrəngli bayrağımızın ucalacağı günü həsrətləgözləyirdi.

"Prezident İlham Əliyev təkcə hərbi deyil, həm də siyasi vədiplomatik qələbə qazandı. Dövlət başçısı, dünya ictimaiyyətinəsübut etdi ki, Qarabağ Azərbaycanındır və bu məsələ heç vaxtdanışıqlar mövzusu ola bilməz. Məhz bu prinsipial mövqeyinnəticəsində bu gün Qarabağın hər qarışında Azərbaycan bayrağıucalır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanyeni dövrə – bərpa və quruculuq dövrünə qədəm qoyub. Azad edilmişərazilərdə yollar, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqlarıtikilir, insanlar doğma yurdlarına qayıdır. Və hər bir yenitikilinin üzərində üçrəngli bayrağımız dalğalanır."

Chosen
58
1
az.trend.az

2Sources