EN

Dövlət bayrağı milli birlik və həmrəylik rəmzidir - Kamaləddin Qafarov

Bakı. Trend:

Artıq beşinci ildir ki, müqəddəs üçrəngli Bayrağımız işğaldanazad edilmiş Şuşa şəhərində, 2023-cü ildən isə həm də Xankəndidə,Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanmaqla bütün Azərbaycanxalqına sonsuz qürur hissi yaşadır.

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov 9 noyabr –Dövlət Bayrağı Günü ilə əlaqədar Trend-ə verdiyi açıqlamasında deyib.

O bildirib ki, ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngliDövlət bayrağı 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasındaqəbul edilib və həmin iclasın keçirildiyi AXC Nazirlər Şurasınınbinası üzərində qaldırılıb. “Bu bayraq 1920-ci ilin aprel ayınadəkdövlət statusuna malik olub. Dövlət bayrağındakı üç rəngin ifadəetdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üçtəməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq”düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli BəyHüseynzadədir. Həmin bayraq 1990-cı il noyabrın 17-də NaxçıvanMuxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevintəşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan MuxtarRespublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci ilfevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “AzərbaycanRespublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onuDövlət bayrağı elan etmişdir. Sonralar Ulu Öndər bu barədədeyirdi:

“Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyiqərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi vəAzərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsindənsonra məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasınınüzərində bu bayraq 1990-cı il noyabrın 17-də, AzərbaycanRespublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ciil oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyihaqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası AzərbaycanXalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədənDövlət bayrağını bərpa etmişdir.”

Millət vəkili daha sonra qeyd edib ki, dövlətimizin özünütəsdiqsimvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur vəgüvənc yeridir:

“Ulu Öndər Heydər Əliyev bayrağa olan sevginin aliliyinivurğulayaraq demişdir: “Gərək hər bir evdə Azərbaycan DövlətininBayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bubayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda,məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsiolsun”. Ümummilli Liderimiz dövlət bayrağının milli birlik vəhəmrəyliyimizi formalaşdıran əsas atributlardan biri oldunu hərzaman xüsusi qeyd etmişdir. Xalqımızın birliyi, həmrəyliyitorpaqlarımızın işğalına son qoymuş tarixi Qələbəmizin əldəolunmasını şərtləndirən əsas amillərdən biri olmuşdur. ÖlkəPrezidenti cənab İlham Əliyev azad olunmuş bütün ərazilərimizdəDövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlaraqayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyanetdi”.

Chosen
14
13
az.trend.az

10Sources