EN

165 minə satdığı evi 155 minə geri aldı

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda qeyri-adi sayılacaq hadisə baş verib. Abşeron sakini üç ay əvvəl 165 min manata satdığı evi üç gün öncə 155 min manata geri alıb.

Arif Məmmədov 7 il Abşeron rayonunun Masazır qəsəbəsində yaşayıb. Səkkiz sot torpaqda halal zəhməti ilə ikimərtəbəli, dəbdəbəli ev tikib. Ailəsi ilə birlikdə həmin evdə qayğısız, gözəl günlər keçirib.

Metbuat.az-a danışan Məmmədov deyib ki, nəqliyyat problemi uzundən yaşadığı qəsəbədən, alnının təri, gözünün nuru ilə tikdiyi evindən uzaq düşüb: "Son iki-üç ildə vəziyyət dözülməz hal aldı. Səhər işə gedəndə, axşam evə qayıdanda saatyarım, bəzən iki saat tıxacda qalırdıq. Üc ay əvvəl evimi real dəyərindən xeyli asağı qiymətə - 165 min manata satdım".

Müsahibimiz əlində olan vəsaitlə Bakının mərkəzində ev ala bilmədiyini deyib. Onun sözlərinə görə, 3 ay ailəlikcə kirayədə yaşayıblar: "Bir gün metroda evi satdığım adamla qarşılaşdım. Dəhşətli tıxaclardan şikayət etdi. Dedi hamımız yollarda qalmışıq. Sən demə, tələbə qızları universitetə gedib-gələ bilmədikləri üçün hər gün bir qohumum evində gecələyirmislər".

Arif Məmmədov deyir ki, təsadüfi görüş 7 il yasadığı, hər daşında, kərpicində əllərinin izi olan doğma evini geri qaytarması ilə nəticələnib: "Hiss etdim ki, evi aldığına görə peşmandır. Elə oradaca bazarlıq etdim. Xeyli cək-çevirdən sonra 155 minə razılaşdıq. Üç gün əvvəl pulu ödəyib notarial qaydada evi adıma keçirdim. Ona mənzili boşaltmaq üçün bir ay vaxt vermişəm".

Masazır sakini minlərlə insanı narahat edən tıxac problemini aradan qaldırmaq üçün əlaqədar qurumların təxirəsalınmaz tədbirlər görməli olduğunu vurğulayıb. Onun sözlərinə gorə, Bakıətrafı qəsəbələrin nəqliyyat problemini həll etməklə paytaxtdakı sıxlığı azaltmaq, insanların rahat nəfəs almağını təmin etmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
2
metbuat.az

3Sources