EN

Ermənistanla Azərbaycan arasında bir də heç vaxt müharibə olmayacaq, çoxları vəzifəsi ilə vidalaşacaq - Səbuhi Rəhimli- ÖZƏL

Tanınmış  astroloq Səbuhi  Rəhimli  Olaylar.az-a  müsahibə  verib.-Səbuhi  müəllim, Rusiya-Ukrayna müharibəsinin nəticələri necə gözlənilir?-Rusiya-Ukrayna müharibəsini demək olar ki, aybaay hesabladım. Xırda atəşkəsləri nəzərə almasaq, 2024-cü ildə davam edəcək.-2024-cü ildə bir çox ölkələr seçkiyə gedəcək. Dünya siyasətində hansı dəyişikliklər gözlənilir?-Əslində, 90-cı illərdən də deyirdik ki, 2023 dünyanın "təmir" olunduğu dövrdür. Bu təmir başlayıb, böyük ehtimallarla nələrsə ola bilər. Biz dünya nizamının dəyişdiyinin şahidi oluruq. Bu gələn il  bir az da davam edəcək. Amerika başda olmaqla Qərb, Rusiyanın ikiqütblü dünya kimi davam etməsi gözləniləndir. Nə Çin, nə Hindistan, nə digər güclü ölkələr qütbə çevirilməsini istəmədilər. Yəqin ki, hansısa formada Rusiyanı yenə də gücləndirəcəklər.-İsrail-Fələstin müharibəsinin nəticələri necə görünür?-May ayına qədər bitmə ehtimalı var. Tez də ola bilər, ən uzağı, may ayında Qəzza-İsrail arasındakı münaqişənin dayanması qaçınılmazdır. Maksimum olaraq may, bu fevral da ola bilər. Mərhələlər var və bunu idarə edənlərin iradəsindən, qərarından və dünyanın təzyiqindən aslıdır. Baxmayaraq ki, ABŞ bunun uzanmasında maraqlıdır, amma may ayında biz bölgədən atəş səsləri eşitməyəcəyik.-2024-də dünyanı hansı təbii fəlakətlər gözləyir?-Astrologiya bu suala cavab verə bilmir. Hər astronomik ildə, tutaq ki, pələng ili, dovşan ilində hansı hadisələr olubsa, xronologiyaya baxıb tarixdə o ildə daha çox hansı hadisələr olursa, ona nəzərən demək olar ki, bu il filan hadisələrə meyillidir. Məsələn, pələng ilini tarixdən müharibə ili adlandırıblar. Araşdırıb gördüm ki, 100 illik müharibə, xeyli xırda müharibələr, I və II Dünya müharibələri pələng ilinə düşür. Hətta II Dünya savaşından sonra ən böyük dağıdıcı müharibə olan  Rusiya-Ukrayna müharibəsi  də məhz pələng ilinə düşdü. Elə illər var zəlzələyə meyillidir, eləsi var, digər təbii fəlakətlərə, təyyarə qəzalarına. Əjdaha ilinə baxanda daha çox liderlərin aradan qaldırılması istiqamətində sui-qəsdlərə, müəyyən təbii fəlakətlərə rast gəlirik. Bu o demək deyil ki, bütün əjdaha illərində həmişə fəlakətlər olur. Baxıb, nəzər salırıq ki, daha çox zəlzələlər özünü göstərir və Azərbaycanda da 2000-ci ildə olan zəlzələ əjdaha ilinə düşmüşdü. Bunu tutub, mütləq belə olacaq da deyə bilmərik.-Astoroloq olmayan insanların son vaxtlar ulduz falı yazdığının şahidi oluruq. Bu vəziyyətə münasibətiniz?-Ulduz falı nə deməkdir, anlamıram. Bəyəm, biz fal yazırıq? Mən planetə trayektoriyanın bürclər üzrə konfiqurasiyasından irəli gələn nəticələri göstərirəm. Deyə bilərsiniz, dilimiz öyrəşib, astroloji proqnoz deyək. İnsanların özlərinin  yazmağı bir tərəfə, Nostradamusun, Vanqanın, Zirəddin Rzayevin adından istifadə edirlər. Hətta  Zirəddin Rzayev bizim kanala açıqlama verdi ki, mən astrologiya, bürc proqnozları ilə məşqul deyiləm. "Ulduz falı" sözünü artıq tərgitmək lazımdır. Bu 90-cı illərdə savadsız tərcümanların ortaya atdığı bir şeydir. Biz ibadət əhli deyilik ki, falçılıq edək, kifayət qədər elmi mənimsəmişik. Buna diqqət olduğu üçün özlərindən yazırlar, amma soruşan yoxdur ki, bunu kim, necə yazır. Bəziləri deyir ki, bunu elmi mənbələrdən götürüb tərcümə etmişik. Hətta o doğru olsa belə, məsələn, Rusiyaya yazılan praqnozun Azərbaycanda tətbiqi doğru olmaz. Çünki mentalilet, coğrafiya, bucaq altı var. Bunlar doğru deyil. 13-cü bürc məsələsini də hər dekabrda ortaya atırlar, çünki yeni il qabağı astrologiya populyar olur, insanlar baxır. Buna mətbuatda kifayət qədər elmi arqumentlərdə cavab vermişəm.-Azərbaycanda prezident seçkilərindən sonra siyasi komandada hansı dəyişikliklər gözlənilir?-Böyük dəyişikliklər gözlənilir. Çünki, artıq ortada Qarabağı bəhanə etmək arqumenti qalmır. Mütləq buna gedilməlidir, yoxsa sosial partlayış ola bilər. Seçkidən sonra böyük ehtimalla yarıdan çox - 70  yaşdan yuxarı olan icra başçıları, 60% 65 yaşdan yuxarı olanların çıxarılma ehtimalı var, belə də olacaq. Prezident seçkisi olmasaydı da, aprel, noyabr aralığında Azərbaycanda hakimiyyətin fundamental xəttinə toxunmadan müəyyən böyük islahatlar gözlənilir.-Azərbaycanla-Ermənistan arasında yenidən müharibə ehtimalını görən siyasətçilər var. 2024-cü ildə Azərbaycanın hərbi həyatında belə bir məsələ yer alacaq?-44 günlük savaş bitəndən hər zaman birmənalı şəkildə demişəm ki, Ermənistanla Azərbaycan arasında bir də heç vaxt müharibə olmayacaq. Heç Azərbaycanla İran, Türkiyə ilə Yunanıstan, Türkiyə ilə İsrail arasında da heç vaxt müharibə olmayacaq. Bunu məntiqlə götürsək də bu belədir, bunun üçün astroloq olmağa dəyməz. Mənə dedilər hələ Xankəndi və s. var, dedim yox. Olsa, qısamüddətli antiterror əməliyyatı ola bilər. O da 1 gündən az müddətdə oldu.-Bəzi insanlar özünə natal xəritəsi tərtib etdirib, o xəritəyə uyğun həyatında addımlar atır. Natal xəritənin bir şəxs haqda verdiyi məlumat nə qədər effektiv və doğrudur?-Natal xəritə astroloji xəritədir, ona fərdi qoroskop deyirlər. Orda insanın potensialı, güc dərəcəsi, nəyə meyilli olduğu göstərilir. İnsanın astroloji xəritəsi proqnoz deyil. Burda insanın gücü, potensialı 99% özünü göstərir. Bunun üçün doğulduğu saat, hətta dəqiqə də lazımdır. Çünki əkiz uşaqların arasında yarım saat, 1 saat fərq olur, onların da xarakteri başqadır. Təbii ki, hər bir insan xarakterinin 70%-ni özü formalaşdırır. Ətraf mühit, ailəsi, təhsil aldığı yer, xəstəliyi varsa, o da onun xarakterinə təsir edir. Sırf astroloji tərəfin götürsək, qalan 30% yüzdə yüz özünü doğruldur. Sadəcə insanın onu etməyə potensialı çatır, ya yox, bu vacib məsələlərdən biridir.-2024-сü ildə planetlərin retroqradı artacaq? Ümumiyyətlə, retroqradın insanlara nə kimi mənfi təsirindən söz gedə bilər?-Retroqrad şişirdilir, o sadəcə bir planetin dairə vurub dayandıqdan sora geri dönməsidir. Planetlər təkcə insanlara mənfi təsir etmir. Məsələn,  Yupiterdə retroqrad varsa, Saturnun irəliləyişi var, o onun qarşısını alır. 2023-də olan retroqradlar 2024-də də azalan xətt üzrə davam edəcək. Bəzilər fevrala qədər davam edir, halbuki may ayından başlayıb. Bəziləri oktyabrda bitəcək. Artan bir şey yoxdur. Yeni retroqradlar olmayacaq.Qiymət Mahir

Chosen
159
olaylar.az

1Sources