EN

Xəzər sahilində yenidən suiti cəsədləri aşkarlanıb

Ekoloqlar Qazaxısatnın Kulalı adası sahilində 70-dən çox ölü suiti aşkar etdikdən sonra Xəzər dənizində su nümunələri toplayırlar.

Ucnoqta.az bildirir ki, Qazaxıstanın Manqistau vilayətinin Ekologiya Departamenti məlumat verib.

Manqistau vilayətinin Ekologiya Departamentinin Laboratoriya və Təhqiqat Nəzarəti Departamentinin mütəxəssisləri Balıqçılıq Təftiş Departamenti və Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Kulalı adası sahilində ətraf mühitin monitorinqini aparıblar.

Məruzədə deyilir ki, monitorinq zamanı 71 suiti ölü tapıldıqdan sonra su nümunələri toplanıb.

Noyabrın əvvəlində Manqistau vilayətinin Tupkaraqan rayonunda Xəzər sahilində 112 Xəzər suitisinin cəsədi aşkar edilib.

Chosen
69
10
ucnoqta.az

3Sources