EN

Belçika XİN rəhbərinin təyyarəsi təcili eniş etdi

Belçika xarici işlər naziri Maksim Prevo Avropa İttifaqı və Latın Amerikası ölkələrinin sammitində iştirak etmək üçün Kolumbiyaya gedə bilməyib.

Paralel.az xəbər verir ki , Belga agentliyinin məlumatına görə, buna səbəb naziri və Belçika nümayəndə heyətini daşıyan təyyarədə yaranmış texniki nasazlıq olub.
 

Belçika Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, hava gəmisinin mühərrikində nasazlıq baş verdiyi üçün o, Kiçik Antil adalarına daxil olan Sen-Marten adasında təcili eniş edib. Qeyd olunur ki, bundan əvvəl təyyarə yanacaq problemi səbəbindən Böyük Britaniya üzərindən geri dönməyə məcbur qalıb.


Hadisə nəticəsində nazir Prevo sammit çərçivəsində nəzərdə tutulan bir sıra ikitərəfli görüşlərdə iştirak edə bilməyəcək.

Nazirlik baş verənlərdən narahatlıq ifadə edərək qeyd edib ki, bu kimi hallar “Belçikanın beynəlxalq forumlarda iştirak qabiliyyətinə və nüfuzuna mənfi təsir göstərir”.

Chosen
26
2
paralel.az

3Sources