EN

Xaçmazda "Zəfərin Mübarək, Suveren Azərbaycan” adlı bayram konserti təşkil olunub (FOTO)

Bakı. Trend:

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətiləXaçmaz Rayon İcra Hakimiyyəti və ARB Media Qrupun birgətəşkilatçılığı ilə “Zəfərin Mübarək, Suveren Azərbaycan” adlıbayram konserti keçirilib.

Trend xəbər verirki, Zəfər parkında təşkil olunan konsert proqramını Xaçmaz Rayonİcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatıMahir Süleymanlı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri,şəhid ailələri, qazilər və minlərlə rayon sakini izləyib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyüuğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlhamƏliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsindəAzərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbətaçılıb.

Konsertdə respublikamızın tanınmış incəsənət ustalarıtamaşaçılara biri-birindən maraqlı ifalar təqdim ediblər. Yüksəkvətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramısakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Məqalədə:
Chosen
12
1
az.trend.az

3Sources