AZ

Zəfərin Mübarək, Suveren Azərbaycan!

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyəti və ARB Media Qrupun birgə təşkilatçılığı ilə “Zəfərin Mübarək, Suveren Azərbaycan” adlı bayram konserti keçirilib.

 

Modern.az xəbər verir ki, əfər parkında təşkil olunan konsert proqramını Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Mahir Süleymanlı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və minlərlə rayon sakini izləyib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açılıb.

 

Konsertdə respublikamızın tanınmış incəsənət ustaları tamaşaçılara biri-birindən maraqlı ifalar təqdim ediblər. Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

 

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Seçilən
0
1
modern.az

2Mənbələr