Qadınlar arasında keçirilən Niderland çempionatında “Ayaks” - “PSV” matçında oyunun taleyi son saniyələrdə həll olunub.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın 90+6-cı dəqiqəsində “PSV” müdafiəçisi topu təsadüfən öz qapısına yönləndirib və hesab 2:1 olub.
Bundan əvvəl “Ayaks” son beş matçda qələbə qazana bilmirdi. Son dəqiqələrdə vurulan avtoqol komandanın uzun fasilədən sonra ilk qələbəsini təmin edib.