EN

"Qalatasaray"ın prezidenti Messinin mümkün keçidini şərh etdi

BAKI, 9 noyabr. TELEQRAF

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek ABŞ-nin "İnter Mayami" komandasının futbolçusu Lionel Messinin qısamüddətli icarəyə götürülməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

"Qalatasaray" elə bir səviyyəyə çatıb ki, hətta belə danışıqlar da mümkündür. Biz tələbləri çox yüksək səviyyəyə qaldırmışıq. Ardıcıl üç çempionluq qazanan komandanın əsasını qoruyub saxlaya bilmişik. Etdiyimiz hər şey maliyyə imkanlarımız daxilindədir. Buna görə də indi bizdən Messi haqqında soruşulur", - deyə Özbek bildirib.

Qeyd edək ki, daha əvvəl Lionel Messinin DÇ-2026-ya daha yaxşı hazırlaşması üçün 4 ay müddətinə "Qalatasaray"a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Chosen
44
13
teleqraf.com

10Sources