EN

“Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, beynəlxalq arenada da müttəfiqlik bağlarını möhkəmləndirməkdədir”

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Vətən müharibəsində qazanılan qələbənin beşinci ildönümünə həsr olunmuş Zəfər Paradı bu dəfə təkcə Azərbaycanın hərbi qüdrətini deyil, həm də onun diplomatik nüfuzunu nümayiş etdirdi. Paradda iştirak edən çoxsaylı xarici nümayəndə heyətləri, Azərbaycanın regional və qlobal təhlükəsizlik sistemində artan rolunun real göstəricisinə çevrildi”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

O qeyd edib ki, tədbirdə Türkiyə və Pakistanın ali səviyyəli nümayəndə heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin yüksək rütbəli qonaqları da iştirak etdi: “Slovakiyanın Baş nazir müavini və müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini, Serbiya Baş Qərargah rəisi, Qırğızıstan və Qazaxıstan müdafiə nazirləri, eləcə də Özbəkistanın müdafiə nazirinin müavini Bakıda keçirilən paradda Azərbaycanın Zəfərini paylaşdılar. Bu iştirak həm dost və tərəfdaş ölkələrin Azərbaycana etimadının, həm də Azərbaycanın regionda formalaşdırdığı yeni təhlükəsizlik və əməkdaşlıq platformasının təsdiqidir. Zəfər Paradı bir daha göstərdi ki, Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, beynəlxalq arenada da müttəfiqlik bağlarını möhkəmləndirməkdədir”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
icma.az

1Sources