Ordu, donanma və aerokosmik qüvvələr Rusiyanın müttəfiqləridir.
KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz tez-tez xatırlayırıq ki, Rusiyanın iki müttəfiqi var – ordu və donanma, amma mütləq aerokosmik qüvvələr əlavə etməlidir”, – Lavrov bildirib.
Qeyd edək ki, “Rusiyanın yalnız iki müttəfiqi var – ordu və donanma” ifadəsi Rusiya imperatoru III Aleksandra məxsusdur.