Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin "Nesine Aydın Spor" klubu ilə yoldaşlıq oyunu keçirib.


Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən qarşılaşma qonaqların 93:89 hesablı qələbəsi ilə bitib.


Bu matç Azəbaycan yığmasının AÇ-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyıb.