Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin "Nesine Aydın Spor" klubu ilə yoldaşlıq oyunu keçirəcək.


Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.


Qarşılaşma noyabrın 9-da, saat 12:00-da Bakı İdman Sarayında təşkil ediləcək.


Bu matç Azəbaycan yığmasının AÇ-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.