EN

Renat Dadaşov “Visla” ilə oyunu kənardan izlədi - ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasının “Visla”ya qarşı keçirdiyi oyunu buraxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 15-ci turu çərçivəsində “Visla” (Plok) ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

15 turdan sonra 16 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 14 oyunda 3 qələbə qazanıb, 7 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 11 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 39 oyunda 5 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
45
25
arena.az

10Sources