AZ

“Qarabağ” - “Neftçi” 2:0 - Video - ARENA.AZ

Azərbaycan Premyer Liqasının 11-ci turunun “Qarabağ” – “Neftçi” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
11-ci tur
9 noyabr

“Qarabağ” – “Neftçi” 2:0
Qollar: Toral Bayramov, 50-pen. Kamilo Duran, 84.
Sarı vərəqələr: Dani Bolt, 75 (qeyri-idman hərəkəti) – Falaye Sako, 59 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 51 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 18:44. “Azersun Arena”, 4677 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 27. Toral Bayramov, 7. Nəriman Axundzadə (21. Aleksey Kaşuk, 78), 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 3. Sami Mmae, 18. Dani Bolt (2. Mateus Silva, 78), 15. Leandro Andrade (17. Kamilo Duran, 70), 6. Kris Kuaku (8. Marko Yankoviç, 70), 35. Pedro Bikalyo, 11. Emmanuel Addai (44. Elvin Cəfərquliyev, 90).
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 9. Xoni Montiel.
Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (23. Cordan Rezabala, 46), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar (9. Bassala Sambu, 76), 77. Falaye Sako, 6. Sessi D Almeyda (7. Emil Səfərov, 87), 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 11. İmad Faraj (22. Luis Ortis, 70), 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 27. Kristian Kostin, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
8
16
arena.az

10Mənbələr