EN

Zəfər Günü Strasburqda təntənə ilə qeyd olunub (FOTO)

Bakı. Trend:

Vətən müharibəsində əldə olunmuş tarixi zəfərin beşinci ildönünümünasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daiminümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda təntənəli tədbirkeçirilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daiminümayəndəliyindən Trend-ə verilən məlumata görə, Fransanın Strasburqşəhəri və ətraf bölgələrində yaşayan soydaşlarımızın iştirakı iləkeçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi vəşəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiilə başlayıb.

Tədbir iştirakçıları qarşısında çıxış edən Avropa Şurası yanındadaimi nümayəndə, səfir Fəxrəddin İsmayılov 44 günlük VətənMüharibəsində qazanılmış şanlı qələbənin Azərbaycan xalqının milligücü və birliyinin əbədi rəmzi olduğunu bildirib. 30 ilə yaxındavam edən işğal dövründə xalqımızın tarixin sınağına çəkildiyixatırladan daimi nümayəndə qarşılaşdığımız haqsızlıq vəqatlaşdığımız iztirabların millətimizin iradəsini sındırabilmədiyini və işğal olunmuş torpaqlarımıza, Qarabağa dönmək arzusuvə inamını heç zaman əlindən ala bilmədiyini söyləyib. Beləliklə,2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsindəAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin MüzəffərAli Baş Komandanı cənab İlham Əliyevin əzmkar liderliyi vəqətiyyətli rəhbərliyi, Azərbaycanın rəşadətli ordusunun misilsizqəhrəmanlığı, şəhidlərimizin canı və qanı, xalqımızın sarsılmazbirlik və bərabərliyi sayəsində məruz qaldığımız işğala, haqsızlığason qoyulduğu vurğulanıb. F.İsmayılov əlavə edib ki, 2023-cü ilinsentyabr ayında isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi iləfədakar silahlı qüvvələrimiz növbəti dəfə qəhramanlıq nümayişetdirdi və Azərbaycan torpaqlarında erməni sepatizminin birdəfərlikaxırına çıxıldı.

Səfir eyni zamanda ötən beş il ərzində dövlətimiz tərəfindənQarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri barədəməlumat verib, minlərlə keçmiş məcburi köçkünün öz doğma yurdlarınaqayıtdığını və bu gün artıq 60 mindən çox soydaşımızın azad edilmiştorpaqlarda yaşayıb, çalışıb və təhsil aldığını qeyd edib.

Daha sonra tədbirdə Azərbaycanlı musiqiçi Kamran Qaralovtərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib və tədbir boyuiştirakçılara Zəfər Gününə həsr olunan videoçarxlar nümayişetdirilib.

Zəfər
Zəfər
Zəfər
Zəfər
Chosen
60
5
az.trend.az

6Sources