EN

“Çelsi”də bizə yuxarıdan aşağı baxdı, rahat qələbə qazanacaqlarını düşündü“

”Özümüzə və gücümüzə inanıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Qarabağ”ın müdafiəçisi Sami Mmae deyib.

Mərakeşli 29 yaşlı müdafiəçi komandanın Çempionlar Liqasının əsas mərhələsinin geridə qalan dörd turu ərzindəki çıxışını dəyərləndirib:

“Təbii ki, “Çelsi” zəngin titullara malik böyük klubdur və oyunun favoriti idi. Ammma biz öz meydanımızda, doğma azarkeşlərimizin qarşısında oynadıq.

“Benfika” və “Kopenhagen”lə matçlardakı oyunu sərgiləməklə istəyimizə çata bilərdik. Bəlkə də “Çelsi”dəkilər bizə yuxarıdan aşağı baxır, rahat qələbə qazanacaqlarını düşünürdülər.

Bu fakt xeyrimizə işlədi. Daha bir qələbə ilə Avropaya sürpriz yaşada bilərdik.

Təəssüf ki, qələbə hesabını qorumaq mümkün olmadı. Son dəqiqələrdə isə əla qol imkanını qaçırdıq.

Dörd tura yeddi xal toplamışıq. Ümid edirəm ki, bunun davamı gələcək. çünki çox yaxşı komandamız var”.

Chosen
42
sportinfo.az

1Sources