EN

BƏƏ mətbuatı: Bakı ilə güclü tərəfdaşlıq qurmuşuq

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Birləşmiş Ərəb Əmirliklərinin mətbu orqanlarında da noyabrın 8-də Bakıda keçirilən paradla bağlı məlumatlar yayımlanıb. Arabian Radio Network (ARN) media qurumunun rəsmi xəbər platformasında yayımlanan məqqalədə deyilir: "Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Zayed Əl Nəhyanın adından Bakıda keçirilən Qələbə Günü şənliklərində iştirak edib. BƏƏ-nin Baş nazirinin müavini və müdafiə naziri vəzifələrini də icra edən Şeyx Həmdan tədbiri qeyd etmək üçün sosial media hesablarında paylaşım edib. O, BƏƏ liderlərinin salamlarını Prezident İlham Əliyevə çatdırıb və BƏƏ-Azərbaycan münasibətlərinin birdən çox sektorda sürətlə genişlənməsindən məmnun olduğunu bildirib. O, bunun hər iki ölkənin inkişafa, sabitliyə və rifaha təkan verən güclü beynəlxalq tərəfdaşlıq qurmaq öhdəliyini əks etdirdiyini bildirib".

Maqalədə bildirilir ki, Şeyx Həmdanı Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edərkən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev qarşılayıb: "Qələbə Günü hər il 8 noyabrda qeyd olunur və bu, 2020-ci ildə Ermənistana qarşı 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini və 1990-cı illərin əvvəllərindən bəri işğal altında olan ərazilər üzərində nəzarəti bərpa etməsini xatırlamaq üçündür".

Məqalənin linki:

https://www.arnnewscentre.ae/news/uae/h-h-sheikh-hamdan-arrives-in-baku-for-azerbaijans-victory-day-celebrations/

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
sesqazeti.az

1Sources