EN

CEV in XLVI Baş Assambleyası Parisdə keçirildi FOTO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Fransanın paytaxtı Parisdə Avropa Voleybol Konfederasiyasının (CEV) XLVI Baş Assambleyası keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirə Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Fabio Azevedo və CEV prezidenti Roko Sikiriç rəhbərlik ediblər. Assambleyada 55 ölkədən federasiya nümayəndələri iştirak edib.

Azərbaycan Voleybol Federasiyasını (AVF) tədbirdə baş katib Faiq Orucov təmsil edib. Həmçinin CEV İcraiyyə Komitəsinin üzvü, AVF prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Cəlil Cəfərov da toplantıda iştirak edib.

Assambleya zamanı son 12 ayda görülən işlər barədə hesabat təqdim olunub. Səsvermənin nəticələrinə əsasən, 2001–2015-ci illərdə Avropa voleyboluna rəhbərlik etmiş Andre Meyer CEV-in Fəxri Ömürlük Prezidenti seçilib.

Tədbirdə həmçinin CEV-in qarşıdakı illər üzrə fəaliyyət planı müzakirə edilib, yerli federasiyalara yarışların təşkili və təşkilati məsələlərə dair tövsiyələr verilib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
5
icma.az

6Sources