Gəncədə bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib. Şəhər sakini - 2009-cu il təvəllüdlü Elgün Əliyev budunun kəsilmiş bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Onun yarası dərhal tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 16 yaşlı oğlan dostu bıçaqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov