Olaylar.az xəbər verir ki, bu barədə İrana məxsus "IranWire" portalı məlumat yayıb.
Cənub‑qərbdə yerləşən Ahvaz şəhərində hava keyfiyyəti indeksi (AQI) 500‑ə çatıb. Hansı ki, 300 və üzəri "insan sağlamlığı üçün təhlükəli" kateqoriyasına daxildir.
Müvafiq olaraq, həmin ərazidə yerləşən məktəblər, institutlar və bəzi dövlət qurumları bağlanıb, dərslər distant formada davam etdirilib.
Uşaqlar, yaşlılar, ürək və ağciyər xəstələrinə çölə çıxmamaq və mümkün qədər evdə qalmaq tövsiyə edilib.
Hava çirkliliyinin əsas səbəbləri arasında köhnə yanacaqlarla işləyən istehsalat müəssisələri, avtomobil emissiyaları, və toz fırtınaları göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31