AZ

Qonşu ölkədə insanlar evə qapadıldı, məktəblər bağlandı - Qəribə SƏBƏB

İranda hava çirkliliyi kritik səviyyəyə çatdığı üçün bir sıra şəhərlərdə məktəblər və təhsil müəssisələri müvəqqəti olaraq bağlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə İrana məxsus "IranWire" portalı məlumat yayıb.

Cənub‑qərbdə yerləşən Ahvaz şəhərində hava keyfiyyəti indeksi (AQI) 500‑ə çatıb. Hansı ki, 300 və üzəri "insan sağlamlığı üçün təhlükəli" kateqoriyasına daxildir.

Müvafiq olaraq, həmin ərazidə yerləşən məktəblər, institutlar və bəzi dövlət qurumları bağlanıb, dərslər distant formada davam etdirilib.

Uşaqlar, yaşlılar, ürək və ağciyər xəstələrinə çölə çıxmamaq və mümkün qədər evdə qalmaq tövsiyə edilib.

Hava çirkliliyinin əsas səbəbləri arasında köhnə yanacaqlarla işləyən istehsalat müəssisələri, avtomobil emissiyaları, və toz fırtınaları göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
3
olaylar.az

4Mənbələr