EN

Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən məlumat verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata əsasən, şəhər sakini, 2009-cu il təvəllüdlü E.Əliyev ayaq nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib, yarası tikilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, yeniyetmə dostu tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Chosen
7
10
redaktor.az

10Sources