AZ

Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata əsasən, şəhər sakini, 2009-cu il təvəllüdlü E. Əliyev ayaq nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.Yaralıya dərhal tibbi yardım göstərilib, yarası tikilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, yeniyetmə dostu tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
10
apa.az

10Mənbələr