ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Premyer Liqasının XI turunun “Qarabağ” – “Neftçi” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib…
– Eminin əvəzlənməsi nə ilə bağlı idi?
– Emin və Rezabala zədəli ili. Bir hissə oynada bildik. İlk hissənin sonlarında Emin göstərdi ki, artıq yorulub.
– Abubakarın oyununu necə dəyərləndirirsiniz?
– Komanda pis oynamadı. Səfərdə “Qarabağ”a qarşı oynamaq asan deyil. Onların hansı səviyyədə olduğu məlumdur. Komanda yetərincə düz oynayırdı. Fikirləşirəm ki, sona qədər bunu davam etdirdik. “Qarabağ” elə-belə komanda deyil ki, dəqiqəbaşı təhlükə yaradasan. İki-üç epizodumuz var idi ki, yararlana bilmədik. Abubakarın üzərində durmamışıqsa, bu gün durmayaq. Hücumçular Abubakarın gəlişindən sonra motivasiya qazanıb. Belə derbilərdə ucuz penaltilər verilməz. Nə üçün əvvəlki oyunlarda belə müdaxilələrə penalti verilməmişdi. Həddindən artıq pis təsir etdi. Penalti epizodu bizi özümüzdən çıxardı. Bir oyunçunun özünü yıxmaq istəməsi daha bariz görünürdü. Penalti qərarı səhv idi.
– İstədiyiniz nəticəni qazanmağa nə çatmadı?
– Qol vura bilmədik. Komandamdan çox razıyam. Fərqli “Neftçi”ni izləyirik. Bu gün bu qədər adamın burda olmasının səbəbkarı “Neftçi”dir. Çox yaxşı komanda qururuq. “Qarabağ”a qarşı pis oynamadıq. Düzdür, bəzi planlarımız pozuldu. Amma komanda olaraq yaxşı idik.
– Fredi Varqas hücumçunun arxasında oynayanda daha effektiv görünür..
– O, hər yerdə effektlidir.
– Hücumameyilli dəyişikliyin gecikməsi nə ilə bağlıdır?
– Dəyişiklikləri səbirlə gözləyirdik. Eminin çıxması ilə bağlı bütün planlar pozuldu. Nəyisə gec etdiyimizi düşünmürəm. Sadəcə planlarımız pozuldu.
– Oyunçularınız fərdi oyuna üstünlük verirdi…
– Tapşırıq vermişdik ki, rəqibin pressinqini oyunçu azaltmaqla yara bilərik. Bir oyunçunu əskildəndən sonra sürətli hücumlar edə bilərdik. Sadəcə son ötürmələrdə problemimiz oldu.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.