EN

Səhər bu yeməkləri yeyəndə damarlar tıxanır

Rusiyalı endokrinoloq Maksim Kuznetsov səhər yeməyində edilən ən zərərli seçimi açıqlayıb.


Həkimin fikrincə, səhər süfrəsində eyni anda bir neçə növ yağlı qidanın yer alması sağlamlığa mənfi təsir göstərir.


O, yağda bişirilmiş yumurta ilə bekonu buna misal çəkərək bildirib ki, bu cür yeməklər demək olar, "yağla dolu boşqab" sayılır. Belə bir kombinasiya xolesterin səviyyəsini artırır və ürək-damar sisteminə artıq yük salır.


Kuznetsov hesab edir ki, səhər yeməyində yalnız bir yağ mənbəyindən istifadə etmək daha doğrudur. Onun sözlərinə görə, menyuya tərəvəz və qara çörək əlavə etmək orqanizm üçün ən sağlam variantlardan biridir./Milli.Az

Tarix: 9 Noyabr 2025, 21:08   
Chosen
34
4
pravda.az

5Sources