EN

Premyer Liqa: “Kəpəz” “Sabah”a da uduzdu - ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün “Zəfər turu” adı verilmiş 11-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.

“Kəpəz” burada “Sabah”la üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüşü Tural Qurbanov idarə edib.

Uğursuz mövsüm keçirən “Kəpəz” bu matçdan öncə cəmi 3 xalla sonuncu pillədə qərarlaşmışdı. Gəncə təmsilçisi ardıcıl iki oyun idi uduzurdu. “Sabah” isə 18 xalla 6-cı sırada qərarlaşmışdı.

Dörd qolun qeydə alındığı bu oyundan inamlı qələbə ilə ayrılmış paytaxt təmsilçisi liderlər qrupuna daha da yaxınlaşıb.

Turun qapanış matçında milli çempionatın daimi iki iştirakçısı – “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “İmişli”yə (1:0), “Araz-Naxçıvan” “Karvan”a (2:1) qalib gəlib, “Qəbələ” “Sumqayıt”a (0:2) uduzub. “Zirə” – “Turan Tovuz” matçında isə qalib müəyyənləşməyib – 0:0.

Premyer Liqa
11-ci tur

9 noyabr

“Kəpəz” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 15:44.

Kəpəz: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bento, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo.
Baş məşqçi: Azər Bağırov.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 88. Xəyal Əliyev, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
7
34
arena.az

10Sources