AZ

La Liqa: “Barselona” 4 qola sevindi, “Real” büdrədi - ARENA.AZ

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Atletik” doğma meydanda “Real Ovyedo”ya, “Malyorka” isə “Xetafe”yə qalib gəlib.

“Rayo Valyekano” – “Real” matçı qolsuz yekunlaşıbsa, “Valensiya” – “Betis” görüşündə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Altı qolun vurulduğu “Selta” – “Barselona” matçı isə Kataloniya təmsilçisinin inamlı qələbəsi ilə bitib.

Beləliklə, 12 turdan sonra “Real” 31 xalla vahid liderdir. “Barselona” 28 xalla ikinci, “Vilyarreal” 26 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko”nun 25, “Betis”in 20 xalı var.

İspaniya, La Liqa
12-ci tur

7 noyabr

Elçe – Real Sosyedad 1:1
Qollar: A.Rodriqes, 57 – Oyarsabal, 89-pen.

8 noyabr

Jirona – Alaves 1:0
Qol: Siqankov, 16.

Sevilya – Osasuna 1:0
Qollar: R.Varqas, 51-pen.

Atletiko – Levante 3:1
Qollar: Dela, 12-öz qapısına. Qrizmann, 61; 80 – M.Sançes, 21.

Espanyol – Vilyarreal 0:2
Qollar: X.Moreno, 43. Moleyro, 57.

9 noyabr

Atletik – Real Ovyedo 1:0
Qol: N.Uilyams, 25.

Rayo Valyekano – Real 0:0

Malyorka – Xetafe 1:0
Qol: Muriqi, 14.

Valensiya – Betis 1:1
Qollar: Rioxa, 82 – K.Hernandes, 74.

Selta – Barselona 2:4
Qollar: Karreyra, 11. B.İqlesias, 43 – Levandovski, 10-pen; 37; 74. Yamal, 45+4.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
20
34
arena.az

10Mənbələr