EN

Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

Bakı. Trend:

9 noyabr tarixində Gəncə İdman Sarayında ilk dəfə Aerobikagimnastikası üzrə Avropa çempionatı keçirilib.

Trend xəbər verir ki, gənclərvə 15 yaşadək idmançılar arasında təşkil olunan bu 1-ci Avropaçempionatında 20 ölkədən 380 gimnast iştirak edib. Yarışiştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxışediblər.

Yarışın ilk günündə gimnastlar təsnifat mərhələsində özkompozisiyalarını nümayiş etdiriblər. Tədbir çərçivəsində musiqiilə vəhdət təşkil edən çıxışlar, rəngarəng şoular və xüsusi rəqsnömrələri tamaşaçılara təqdim olunub. Arenada toplaşan izləyicilərbu performansları böyük maraqla izləyərək həm əyləncəli, həm dəilhamverici anlar yaşayıblar. Bu, eyni zamanda, Azərbaycanıngimnastikaya verdiyi yüksək önəmi bir daha nümayiş etdirib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri, AvropaGimnastikasının Prezidenti Fərid Qayıbov əvvəlcə hər kəsi ZəfərGünü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Nazirşəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, ruhlarının şadolmasını arzulayıb, qazilərimizə isə sağlam və xoşbəxt ömürdiləyib. O, Azərbaycanın gimnastika sahəsində qazandığı uğurlardanbəhs edərək qeyd edib ki, bu nailiyyətlər Prezident İlham Əliyev vəAzərbaycan Gimnastika Federasiyasının prezidenti, Birincivitse-prezident Mehriban xanım Əliyevanın gimnastikaya göstərdiyixüsusi diqqət və qayğının nəticəsidir. Fərid Qayıbov, həmçinin,ölkəmizin belə nüfuzlu yarışlara ev sahibliyi etməsininəhəmiyyətini vurğulayıb və bütün idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, hazırda Gəncə İdman Sarayında Avstriya,Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa,Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva,Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və evsahibi Azərbaycan gimnastları çempionluq uğrunda mübarizəaparırlar. Bu gün start götürən yarışa 11 noyabr tarixində yekunvurulacaq.

Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Chosen
41
5
az.trend.az

6Sources