EN

9 min PKK terrorçusu Türkiyəyə qayıdır

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

Nüfuzlu "Röyters" Agentliyi Türkiyə cəmiyyətini silkələyən xəbər yayıb. Agentlik iddia edib ki, İraqın şimalında və Suriyada gizlənən 9 min PKK terrorçusu yaxın aylarda Türkiyəyə qayıdacaq.

Metbuat.az xəbər verir ki, 'Röyters" Yaxın Şərqdəki mənbələrinə istinadla yaydığı məlumatda detallar açıqlayıb. Məlum olub ki, söhbət onminlərlə insanı əhatə edən geniş aministiyadan getmir.

"Türkiyəyə dönüşü planlaşdırılan 9 min PKK üzvünün heç biri qanlı teraktlarin iştirakçısı olmayıb. Bu qərar günahsız insanların qətlində iştirak etməyən təşkilat üzvlərinə şamil olunacaq"' - Agentlik yazıb.

Məlumatda hazırda Türkiyənin cənub-şərqində dağlıq ərazilərdə gizlənən min nəfər PKK üzvünün silahı təhvil verməyə hazırlaşdığı iddia olunub. Onların yaşadıqları bölgədə münasib işlərlə təmin olunacağı bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
3
metbuat.az

10Sources