Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"PKK 40 ilə yaxın bir müddət ərzində Türkiyə ərazisində kifayət qədər qanlı terror aktları törədən, əli günahsız uşaqların qanına bulaşan bir terror təşkilatı idi. PKK dünyanın bir çox ölkələri tərəfindən də terror təşkilatı olaraq tanınırdı. Türkiyə ərazisindən çıxması qardaş Türkiyənin böyük bir uğurudur. PKK Türkiyə ərazisində törətdiyi çoxsaylı terror aktlarının qurbanları arasında təbii ki, kürdlər, türklər və digər millətlərin də nümayəndələri yer alır".
Bu barədə Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev PKK terror təşkilatının Türkiyədən tamamilə çıxdığını açıqlamasına münasibət bildirərkən dedi.

Müsahibimiz vurğuladı ki, terror təşkilatları qurbanlarını seçərkən onların milliyyətinə diqqət yetirmir.
"Bu təşkilatlar yalnız özlərinin mənfur və qanlı fəaliyyətlərini həyata keçirməkdə maraqlıdırlar. PKK terror təşkilatının Türkiyə ərazisindən çıxarılması, Türkiyə ərazisində yaşayan bütün vətəndaşların, o cümlədən kürdlərin də maraqlarına uyğundur", - deyə o qeyd etdi.
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.