EN

Cəmi 1 il istehsal edilmiş Çin avtomobili FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bu gün Çin maşınlarının əsas problemlərindən biri də istehsal dövrünün az olmasıdır. Barmaqla sayılacaq qədər model 3 ildən çox istehsal edilir. Bu dəfə isə cəmi 6 ay istehsal olunan modelə də rast gəlinib. 

Avtosfer.az xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində 2020-ci il istehsalı olan “Dorcen” markalı işlənmiş avtomobilin satışa çıxarılması barədə elan saytlarında məlumat yer alır.

1,5 litrlik benzin mühərrikli, avtomat transmissiyalı avtomobil 1,1 milyon rubla (23 000 AZN) təklif edilir. Avtomobil Rusiyaya 2024-cü ildə gətirilib.

Maraqlıdır ki, maşın Çinin Çançjou şəhərində cəmi 1 il istehsal edilib.

Tanınmış biznesmenlərdən birinin layihəsi olan firma 2020-ci ildə qurulub, növbəti il bankrot olub.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
131
2
avtosfer.az

2Sources