EN

BBC-nin baş direktoru istefa verib

Britaniyanın BBC yayım korporasiyasının baş direktoru Tim Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə bağlı qalmaqal fonunda istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə korporasiyanın özü məlumat yayıb.

BBC-nin bəyanatına görə, korporasiyanın xəbər yayımı üzrə rəhbəri Debora Terness də vəzifəsindən ayrılıb.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolayn Levitt bildirib ki, BBC Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan əvvəlki çıxışını təhrif edib. Onun sözlərinə görə, korporasiya ABŞ liderinin çıxışını bilərəkdən saxtalaşdıraraq elə bir təəssürat yaradıb ki, guya o, Kapitolidəki iğtişaşları dəstəkləyib.

Chosen
33
5
bakivaxti.az

7Sources