"BBC"nin baş direktoru Tim Deyvi və "BBC News"un rəhbəri Debora Terness istefa veriblər.
"Unikal" xəbər verir ki, bu, Trampın çıxışını saxtalaşdırdığı iddia edilən "BBC Panorama" sənədli filmi ətrafında qalmaqalla əlaqədardır.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolayn Levitt bildirib ki, BBC Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan əvvəlki çıxışını təhrif edib. Onun sözlərinə görə, korporasiya ABŞ liderinin çıxışını bilərəkdən saxtalaşdıraraq elə bir təəssürat yaradıb ki, guya o, Kapitolidəki iğtişaşları dəstəkləyib.