EN

Super Liqa: “Qalatasaray” ilk məğlubiyyətini Kocaelidə aldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Fənərbağça” – “Kayserispor” matçında İstanbul nəhəngi inamlı qələbəyə sevinib. “Karagümrük” “Konyaspor”u, “Samsunspor” da “Eyüpspor”u məğlub yola salıb. Son çempion, cari mövsümün lideri “Qalatasaray” isə səfərdə “Kocaelispor”la qarşılaşıb. “Qalatasaray” bu görüşdən xalsız ayrılaraq ilk məğlubiyyətinə üzülüb.

Beləliklə, 12 turdan sonra 29 xala malik “Qalatasaray” hələ də vahid liderdir. “Fənərbağça” 28 xalla ikinci, “Trabzonspor” 25 xalla üçüncü pillədə qərarlaşıb. “Samsunspor”un 23, “Göztəpə”nin 22, “Beşiktaş”ın 20 xalı var.

Türkiyə, Super Liqa
12-ci tur

7 noyabr

Gənclərbirliyi – Başakşəhər 2:1
Qollar: Kelven, 35. Nyanq, 53-pen – Şomurodov, 46.

8 noyabr

Qaziantep – Rizəspor 2:2
Qollar: Bayo, 2. K.Rodriqes, 74 – Sou, 92. K.Rodriqes, 59-öz qapısına.

Trabzonspor – Alanyaspor 1:1
Qollar: Onuaçu, 15 – Haci, 73.

Antalyaspor – Beşiktaş 1:3
Qollar: Boli, 52 – Abraham, 2. Djalo, 27. J.Silva, 81.

Kasımpaşa – Göztəpə 0:2
Qollar: J.Santos, 52; 55.

9 noyabr

Karagümrük – Konyaspor 2:0
Qollar: Serjinyo, 32. Fofana, 45.

Kocaelispor – Qalatasaray 1:0
Qol: Aqyei, 45.

Fənərbağça – Kayserispor 4:2
Qollar: Asensio, 38. Nene, 40; 50. K.Aktürkoğlu, 63 – Onuqkha, 53; 74.

Samsunspor – Eyüpspor 1:0
Qol: Borevkoviç, 85.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
23
34
arena.az

10Sources