Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Xatirə Məmmədovanı avtomobil vurub. O aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Report"