EN

Fransa Liqa 1: PSJ uzatma dəqiqəsində rəqibin azlıqda qalmasından maksimum istifadə etdi VİDEO

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Fransa Liqa 1-in XII turunda “Lion” öz meydanında PSJ-ni qəbul edib və matç qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı 26-cı dəqiqədə Paris klubunun yarımmüdafiəçisi Uorren Zair-Emeri açıb. Cəmi 4 dəqiqə sonra “Lion”un hücumçusu Afonso Moreyra hesabı bərabərləşdirib. Lakin 33-cü dəqiqədə Xviça Kvaratsxeliya PSJ-ni yenidən önə çıxarıb.

İkinci hissədə, 50-ci dəqiqədə meydan sahibləri müdafiəçi Eynsli Meytlend-Nailsin qolu ilə yenidən tarazlıq yaradıb. Matçın son məqamlarında isə dramatik anlar yaşanıb. 90+3-cü dəqiqədə “Lion”un müdafiəçisi Nikolas Talyafiko qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. 90+5-ci dəqiqədə isə Joau Neveş Paris təmsilçisinə qələbə qazandıran qola imza atıb.

Bu nəticədən sonra PSJ 27 xalla Fransa çempionatının lideridir. “Lion” isə 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
1
icma.az

2Sources