EN

Zelenski ilə Trampı o barışdırıbmış

Vaşinqtonda Oval Ofisdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında yaranan mübahisədən sonra Böyük Britaniya Kralı III Çarlz siyasətçilərə münasibətlərini yaxşılaşdırmağa kömək edib.

Publika.az xəbər verir ki, bu barədə Zelenski "The Guardian" qəzetinə müsahibəsində bildirib.

Ukrayna lideri kralın Vaşinqtondakı hadisədən sonra Trampın Kiyevə daha həvəslə dəstək verməsindəki rolunu "həlledici" adlandırıb.

"Bütün detalları bilmirəm, amma başa düşürəm ki, Əlahəzrətləri Prezident Trampa bir neçə vacib siqnal göndərib", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ lideri krala hörmət edir.

Chosen
10
4
publika.az

5Sources